Azərbaycanın daha 3 güləşçisi medal QAZANDI
3-02-2023, 22:27
8 231

Azərbaycanın daha 3 güləşçisi medal QAZANDI

Azərbaycanın daha 3 güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də medal qazanıb.
125 kq-da çıxış edən Georgi Meşvildişvili finalda iranlı Əmir Hüseyn Abbasla qarşılaşmalı olsa da, zədələndiyi üçün döşəyə çıxmayıb. Nəticədə texniki məğlubiyyət alan idmançı gümüş medalla kifayətlənib.
92 kq-da ABŞ təmsilçisi Conatan Ayellonu məğlub edən Osman Nurmaqomedov və 97 kq-da polşalı Radoslav Barandan üstün olan Maqomedxan Maqomedov isə bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər