“Leypsiq”dən QOVULDU, Belçikanın yeni baş məşqçisi oldu
8-02-2023, 14:14
568

“Leypsiq”dən QOVULDU, Belçikanın yeni baş məşqçisi oldu

Domeniko Tedesko Belçika millisinin yeni baş məşqçisidir. 
Bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2024-cü il Avropa çempionatının sonuna qədər imzalanıb.
Xatırladaq ki, Tedeskonun sonuncu klubu “Leypsiq” olub. Lakin 37 yaşlı məşqçi Çempionlar Liqasında Donetsk “Şaxtyor”u ilə ev oyununda məğlubiyyətdən sonra komandadan qovulub.
Həmçinin, mütəxəssis əvvəllər Almaniyanın “Şalke”sinə rəhbərlik edib.
Belçikalılar Avropa çempionatının finalına vəsiqə qazanmaq üçün ilk seçmə oyununu martın 24-də İsveçə qarşı keçirəcəklər.

Oxşar xəbərlər