Fransa çempionatının ən yaxşı qolu bu futbolçuya məxsusdur
15-02-2023, 17:55
6 666

Fransa çempionatının ən yaxşı qolu bu futbolçuya məxsusdur

“Monako”nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin Fransa çempionatında mükafat qazanıb.
Xarici media bildirir ki, Qolovinin qolu Fransa çempionatında yanvarın ən yaxşı qolu kimi tanınıb. Bu isə yanvarın 1-də “Monako”ya “Brest” üzərində qələbə qazandıran qoldur.
Qolovin 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından sonra “Monako”ya keçib. Bu mövsüm o, komandada 31 oyun keçirib və 5 qol vurub.

Oxşar xəbərlər