Cüdoçumuz finala yüksəldi
16-02-2023, 17:13
6 721

Cüdoçumuz finala yüksəldi

Cüdoçumuz Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib.
O, qızıl medal uğrunda Vaja Margelaşvili (Gürcüstan) - Alberto Martin (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Final görüşləri saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər