Messi 16 il ardıcıl cərimə zərbələrindən qol vurur: Ronaldo isə...
20-02-2023, 13:13
1 486

Messi 16 il ardıcıl cərimə zərbələrindən qol vurur: Ronaldo isə...

Lionel Messi ardıcıl 16 il cərimə zərbələrindən qol vurur.
Xarici media xəbər verir ki,  PSJ-nin hücumçusu Liqa 1-in 24-cü turunun “Lill”lə qarşılaşmasında (4:3) 95-ci dəqiqədə birbaşa cərimə zərbəsi ilə qələbə qolunu vurub.
Messinin cərimə zərbələrindən vurduğu qolların sayı 61-dir. O, 2008-ci ildən bəri ardıcıl 16 il birbaşa cərimə zərbələri vurur. Messi 2018-ci ildə 10 cərimə zərbəsi ilə ən çox qol vurub.
Qeyd edək ki, Kriştiano Ronaldonun cərimə zərbələri seriyası da 16 il - 2005-ci ildən 2020-ci ilə kimi davam edib. 2021-ci ildə başa çatıb.
Beləliklə, Messi gələn il Ronaldonun davalılıq seriyasını keçə bilər.
Messi cərimə zərbələrindən Ronaldodan 3 qol fərqi ilə ayrılıb. Leo - 61, Kriştiano – 58 qol vurub.

Oxşar xəbərlər