“Mançester Yunayted”də rekordçu oldu
27-02-2023, 13:40
1 355

“Mançester Yunayted”də rekordçu oldu

İngiltərə Liqa Kubokunun final oyununda “Mançester Yunayted” “Nyukasl”dan güclü olub. 
Xarici media məlumatına görə, görüş 2:0 hesabı ilə "qırmızı şeytanlar"ın xeyrinə başa çatıb.
Beləliklə, mankunianlıların qapıçısı David De Xea komandada 181-ci oyununu qol buraxmadan keçirib və bütün turnirlərdə “quru” oyunların sayına görə klubun rekordçusu olub.
Qeyd edək ki, ispaniyalı "Mançester Yunayted"də 180 belə oyunu olan danimarkalı qapıçı Peter Şmeyxelin nailiyyətini ötüb.

Oxşar xəbərlər