Azərbaycan boksçuları Bolqarıstandan iki medalla qayıdırlar
27-02-2023, 13:47
1 343

Azərbaycan boksçuları Bolqarıstandan iki medalla qayıdırlar

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb.
Azərbaycan Boks federasiyasının yaydığı məlumata görə, yığmamız 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb.
Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.

Oxşar xəbərlər