İkisindən biri “Çelsi”nin baş məşqçisi ola bilər
2-03-2023, 16:00
6 133

İkisindən biri “Çelsi”nin baş məşqçisi ola bilər

Luis Enrike və Zinəddin Zidan "Çelsi"nin baş məşqçisi vəzifəsini Qrem Potterdən ala bilərlər.
Xarici media xəbərinə görə, qeyd olunur ki, “Barselona”nın və İspaniya millisinin sabiq çalışdırıcısı “mavilərin” çalışdırıcısı postu üçün variantlardan biridir. Həmçinin “Çelsi”yə “Real”dan sonra işsiz olan Zidan da rəhbərlik edə bilər. Əvvəllər hər iki mütəxəssis Braziliya millisi tərəfindən nəzərdən keçirilirdi.
Potter 2022-ci ilin payızında "Çelsi"nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 24 turdan sonra 31 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda londonlular səfərdə Dortmund “Borussiya”sına uduzub (0:1).

Oxşar xəbərlər