“Beşiktaş” azarkeşlərinə şad xəbər: Azərbaycana gələcək
3-03-2023, 11:39
7 839

“Beşiktaş” azarkeşlərinə şad xəbər: Azərbaycana gələcək

Türkiyənin “Beşiktaş” klubu Azərbaycana gələcək.
Bu barədə “Sabah” nəşri məlumat yayıb. Bildirilir ki, İstanbul təmsilçisi Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə yardım məqsədilə Azərbaycan və Almaniyada yoxlama görüşləri təşkil edəcək.
Almaniyada reallaşacaq matçlar bu ay keçiriləcək. “Qara qartal”ın Münhenqladbax “Borussiya”sı və “Leypziq”lə qarşılaşacağı bildirilib.
Komanda Azərbaycana isə apreldə - Super Liqada istirahət edəcəkləri müddətdə gələcək. “Beşiktaş”ın hansı klubla qarşılaşacağı ilə bağlı məlumat yoxdur. Əldə ediləcək bütün gəlir zəlzələ qurbanlarına ianə ediləcək.

Oxşar xəbərlər