“İnter”dən qələbə, “Yuventus” “Roma”ya uduzdu
6-03-2023, 10:48
1 325

“İnter”dən qələbə, “Yuventus” “Roma”ya uduzdu

İtaliya A Seriyasında XXV turun oyunları keçirilir.
“İnter” öz meydanında “Leççe”yə qalib gəlib – 2:0.
Milanlıların qollarını Henrix Mxitaryan və Lautaro Martines vurub.
Qələbə sayəsində xalını 50-yə çatdıran “İnter” “Latsio”nu geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. “Nerazzuri” lider “Napoli”dən 15 xal geri qalır.
Turun mərkəzi oyununda “Yuventus” və “Roma” ikincilərin meydanında üz-üzə gəliblər. “Stadio Olimpiko”da keçirilən matç paytaxt klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

 “Canavarlar”a qələbə qazandıran qolu 53-cü dəqiqədə Canluka Mançini vurub.
“Roma” 47 xalla 4-cü, “Yuventus” 47 xalla 8-cidir.

Oxşar xəbərlər