21 yaşlı futbolçu oyundan sonra öldü
7-03-2023, 12:27
17 632

21 yaşlı futbolçu oyundan sonra öldü

"Racinq Abidjan" klubunun futbolçusu Silla Mustafa Fil Dişi Sahili Liqa 1-in 20-ci turunda SOL ilə oyundan sonra dünyasını dəyişib.
Xarici media məlumatına görə, idmançının görüş zamanı halı pisləşib və huşunu itirib. Klub prezidenti Loqossina Sisse Mustafanın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyini bildirib. Onun 21 yaşı var idi. Səbəb infarkt ola biləcəyi qeyd edilir.
Hadisədən sonra məşhur keçmiş Kot-Divuarlı futbolçu Didye Droqba “Twitter” hesabında yerli liqanı tənqid edib. Onun fikrincə, ölkədə idman təbabəti işləmir.
Mustafa 2022-ci ilin sentyabrında “Racinq Abidjan”a keçib. 20 oyundan sonra komanda Kot-d'İvuar Liqa 1 turnir cədvəlində yeddinci yerdədir.

Oxşar xəbərlər