"Bavariya" PSJ səddini keçdi, "Milan" ¼ finalda - Çempionlar Liqası
9-03-2023, 22:54
9 787

"Bavariya" PSJ səddini keçdi, "Milan" ¼ finalda - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.
İlk oyun Almaniyanın "Bavariya" klubu ilə Frnasanın PSJ komandası arasında oynanılıb.
Səfərdə qalib gələn almanlar (1:0 - red.) evdə də qələbə qazanıb - 3:0.
Digər görüşdə isə İtaliyanın "Milan" klubu İngiltərədə "Tottenhem"lə qarşılaşıb. 
Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan qırmızı-qaralar səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.
Beləliklə "Bavariya" və "Milan" ¼ mərhələyə adlayıb.

Oxşar xəbərlər