İdmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI
11-03-2023, 10:13
567

İdmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Azərbaycan atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdmançı Avropa çempionatında ikinci yeri tutmaqla buna nail olub.
O, Estoniyanın paytaxtı Tallində keçirilən qitə çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edib.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Paris Olimpiadasına əldə etdikləri ilk rəsmi lisenziyadır.

Oxşar xəbərlər