Tofiq Musayev zədələnib nokauta düşdü
11-03-2023, 13:23
17 375

Tofiq Musayev zədələnib nokauta düşdü

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.
Oxu.az xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.
Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.
Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin San-Xose şəhərində keçirilən “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.




Oxşar xəbərlər