Neymar PSJ-ni tərk etməyəcək
13-03-2023, 14:57
774

Neymar PSJ-ni tərk etməyəcək

PSJ-nin hücumçusu Neymar komandanı tərk etmək fikrində deyil.
Braziliyalı futbolçu nəinki komandadan getməyi düşünmür, o hətta karyerasını Paris klubunda başa vurmaq niyyətindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl əməliyyat olunan futbolçu mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.
Xatırladaq ki, 31 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2027-ci ilə qədərdir. “Sambaçı” 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib. 
Mənbə: “The Athletic”

Oxşar xəbərlər