FIFA yeni formatı təsdiqlədi: Dünya çempionatında 48 komanda olacaq
15-03-2023, 10:47
2 323

FIFA yeni formatı təsdiqlədi: Dünya çempionatında 48 komanda olacaq

FIFA 2026-cı ildə Meksika, Kanada və ABŞ-nin ev sahibliyi edəcəyi dünya çempionatının yeni formatını təsdiqləyib.
Mundialda 48 milli komanda yarışacaq. Bununla bağlıq qərar ali futbol qurumunun Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul edilib.
Mundialda hərəsində 4 komanda olmaqla 12 qrup olacaq. Qrupu ilk iki sırada bitirənlər və 8 ən yaxşı üçüncü yerin sahibi 1/16 finala yüksələcək. Beləliklə, oyun sayı 104-ə çatacaq.
Buna qədər yarışda 32 komanda mübarizə aparırdı və oyun sayı 64 idi.
Mənbə: “Sky News”

Oxşar xəbərlər