Viyeranı London klubundan qovdular
17-03-2023, 13:37
902

Viyeranı London klubundan qovdular

“Kristal Pelas” baş məşqçi Patrik Viyeranı istefaya göndərib. 
Xarici media bildirir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Fransız baş məşqçi qeyri-qənaətbəxş nəticələrə görə vəzifəsini itirib. "Kristal Pelas" ardıcıl 12 oyundur ki, qalib gələ bilmir. Komanda düşmə zonasını cəmi 3 xal qabaqlayaraq, turnir cədvəlində 12-ci yerə düşüb.
Qeyd edək ki, mütəxəssisin istefası "Kristal Pelas"ın London "Arsenal"ı ilə qarşılaşacağı Premyer Liqa oyunundan əvvəl baş verib. “Arsenal” Viyeranın futbolçu kimi adından söz etdirdiyi və çoxlu kuboklar qazandığı klubdur.
Xatırladaq ki, Vieyra 2021-ci ilin yayında "Kristal Pelas"a rəhbərlik edib. Keçən mövsüm o, hətta "qartallar"ı İngiltərə kubokunun yarımfinalına çıxarıb və burada "Çelsi"yə uduzub.

Oxşar xəbərlər