Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar
19-03-2023, 21:34
25 093

Gimnastlarımız beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.
Federasiyadan verilən məlumata görə, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.
Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.
Azərbaycan millisi, həmçinin, Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.

Oxşar xəbərlər