Mbappe “Real”a keçmərə razılıq verdi
31-03-2023, 12:08
1 240

Mbappe “Real”a keçmərə razılıq verdi

“Real” 2024-cü ilin yayında PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz transfer etmək niyyətindədir.
Xarici media bildirir ki, mənbənin sözlərinə görə, “Real” Mbappeni bir ildən sonra pulsuz almaq üçün səbirli olmaq və növbəti transfer pəncərəsində PSJ ilə danışıqlara getməmək qərarına gəlib. Eyni zamanda, futbolçunun özü də artıq “kral klubu”na keçmək istədiyini açıqlayıb.
Bir il əvvəl imzalanmış müqaviləyə əsasən, Mbappe 2023-cü ilin yayında müqaviləni uzatma opsiyasını aktivləşdirməsə, 2024-cü ildə PSJ-dən ayrıla bilər.
24 yaşlı Mbappenin "Real"a keçidi ötən il, onun parislilərlə əvvəlki müqaviləsi sona çatdığı vaxt bildirilmişdi, lakin fransız son anda fikrini dəyişərək PSJ-də qalmağa qərar verib.

Oxşar xəbərlər