İdman
11-04-2023, 14:01
762
Bu futbolçu yenidən PSJ-yə qayıdır
“Yuventus”da icarə əsasında çıxış edən PSJ-nin argentinalı yarımmüdafiəçisi Leandro Paredes mövsümün sonunda Paris klubuna qayıdacaq.
Xarici media bildirir ki, məlumata görə, “Yuventus” argentinalı futbolçunu tranfer etməmək qərarına gəlib. Buna görə də futbolçu PSJ-yə qayıtmaq məcburiyyətində qalacaq. Daha sonra Fransa komandasının rəhbərliyi Paredesin komandadakı gələcəyi ilə bağlı qərar verəcək.
28 yaşlı Paredes bu mövsüm PSJ və “Yuventus”un heyətində 29 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 2022-ci ildə Qətərdə keçirilən turnirdə Argentina millisi ilə dünya çempionu olub.