İdman
24-04-2023, 13:31
7 892
Azərbaycanlı hakim 3-cü Avropa Oyunlarına dəvət alıb
Azərbaycan Milli Karate Federasiyasının baş hakimi Cahangir Babayev növbəti təyinat alıb.
Avropa Hakimlər Komissiyasının üzvü, Olimpiya dərəcəli hakim Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında iş başında olacaq.
Cahangir Babayev, həmçinin oktyabrda təşkil olunacaq “World Combat Came” Oyunlarına baş hakim təyin olunub.
Qeyd edək ki, C.Babayev beynəlxalq reytinq cədvəlində ikinci pillədə qərarlaşıb. Reytinqdə 200 ölkədən 3 mindən artıq hakim yer alıb.