Zanetti Azərbaycana gələcək
24-04-2023, 18:46
7 610

Zanetti Azərbaycana gələcək

İtaliyanın “İnter” klubunun vitse-prezidenti, argentinalı sabiq futbolçu Xavyer Zanetti Azərbaycana gələcək.
Bu barədə o, instagram hesabında paylaşım edib.
Zanetti Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək üçün Bakıya səfər edəcəyini bildirib.
Qeyd edək ki, Xavyer 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.

Oxşar xəbərlər