"Mançester Yunayted" Neymar ətrafındakı vəziyyəti izləyir
25-04-2023, 14:16
795

"Mançester Yunayted" Neymar ətrafındakı vəziyyəti izləyir

PSJ-nin hücumçusu Neymar "Mançester Yunayted"in diqqətini çəkib.
“FootMercato”nun məlumatına görə, “qırmızı şeytanlar” hələlik konkret təklif verməyə hazır deyillər, lakin bir neçə aydır ki, Paris klubundan ayrılmaq istədiyi braziliyalının ətrafındakı vəziyyəti izləyir.
Əlavə edək ki, PSJ ilə hücumçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Neymar bu mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər