Basketbol oyununda oyunçuları arasında kütləvi dava
28-04-2023, 14:33
7 383

Basketbol oyununda oyunçuları arasında kütləvi dava

Avropa Basketbol liqasının pley-off mərhələsinin "Real" - "Partizan" arasındakı ikinci oyunu vaxtından əvvəl başa çatıb. Hakimlər bunu meydanda yaranan kütləvi davaya görə etməli olublar. Oyunun bitməsinə 100 saniyə qalmış ehtiraslar alovlanıb.
Xarici media xəbərinə görə, "Real”ın oyunçusu Serxio Yul qonaqların oyunçusu Kevin Panteriyə qəsdən kobudluq edib. Serbiya yığmasının təmsilçisi emosiyalarını saxlaya bilməyib və bu, kütləvi davaya səbəb olub.
Nəhayət, kütləvi iğtişaşda nəinki hər iki komandanın bütün basketbolçuları, əvəzedicilərlə yanaşı, hətta klubların əməkdaşları və məşqçiləri də iştirak edib. Nəticədə hakimlər davanın demək olar ki, bütün iştirakçılarını meydandan çıxarıblar, buna görə də görüşü başa çatdırmaq üçün oyunçu qalmayıb.
Davadan sonra bu vəziyyətlə bağlı rəsmi açıqlama verən Avroliqa oyundakı qələbəni “Partizan”a verib.
Qeyd edək ki, oyun dayandırıldığı anda hesab - 80-95 “Partizan”ın xeyrinə olub. Hazırda ümumi hesab 2:0 "Partizan"ın xeyrinədir.
Növbəti qarşılaşma mayın 2-də Serbiyada keçiriləcək.
 



Oxşar xəbərlər