Fransalı pilot Bakı trekindəki qəza barədə: “Əyləcə kifayət qədər güclü basmadım”
29-04-2023, 19:24
19 358

Fransalı pilot Bakı trekindəki qəza barədə: “Əyləcə kifayət qədər güclü basmadım”

“Üçüncü döngəyə yaxınlaşarkən əyləcə kifayət qədər güclü basmadım və təəssüf ki, divara çırpıldım”.
Bunu “Alpin” komandasının pilotu Pyer Qasli “Formula-1” üzrə Azərbaycan Qran-prisində qəza törətməsi barədə danışarkən deyib.
Fransalı sürücü məyus olduğunu gizlətməyib:
“Hidravlika ilə bağlı problemlərə görə ilk məşq bizim üçün istənilən kimi alınmadı. Uşaqlar təmirdə inanılmazı bacardılar, sıralama turuna bir dəqiqə qalmış işi bitirdilər. Bəzi müsbət cəhətlərə baxmaq lazımdır, lakin ümumilikdə gün asan keçmədi. Sabah və bazar günü xal toplamaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, sürpriz edə biləcəyik”.
Qeyd edək ki, Pyer Qaslinin bolidi sərbəst yürüş zamanı yanıb, sıralama turunda isə divara çırpılıb.

Oxşar xəbərlər