"Formula 1": Pilotlardan biri qəza törətdi - YENİLƏNİB
29-04-2023, 13:04
17 714

"Formula 1": Pilotlardan biri qəza törətdi - YENİLƏNİB

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ilk sessiya başa çatıb. 
"Ferrari"dən Şarl Lekler hələlik liderdir. 
Monakolu pilot ötən gün sıralama turunda da ilk pillədə qərarlaşmışdı. 
"Williams"dan Loqan Sarjent qəza törətdiyi üçün yarışdan kənarda qalıb. 
***
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb.
12:30-da start götürən "Sprint shootout" üç sessiyadan ibarət olacaq.
Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, "Formula 1"də əsas sprint yarışı saat 17:30-da başlayacaq.

Oxşar xəbərlər