İtaliya A Seriyasına yüksələn ilk komanda məlum oldu
2-05-2023, 12:22
1 731

İtaliya A Seriyasına yüksələn ilk komanda məlum oldu

Növbəti mövsüm İtaliya A seriyasında oynamaq hüququ qazanan ilk komanda müəyyənləşib.
“Frosinone” elitaya yüksəlib. Komanda B Seriyasının 35-ci turunda “Recina”nı məğlub etməklə buna nail olub.
Sona üç tur qalmış “Frosinone” mövsümü ilk iki pillədə başa vurmağı təmin edib. 71 xalı olan Fabio Qrossonun komandası üçüncü pillədəki “Bari”ni 10 xal qabaqlayır. A seriyasına vəsiqə verən ikinci yerdə isə “Cenoa” (67 xal) qərarlaşıb.
Çempionatda 3-8-ci yerləri tutacaq komandalar A seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçları keçirəcəklər.
“Frosinone” tarixində üçüncü dəfə A seriyasında çıxış edəcək. Komanda 2015/16 və 2018/19 mövsümlərində elitaya yüksəlsə də, hər iki halda 19-cu yeri tutaraq, aşağı liqaya düşüb.

Oxşar xəbərlər