İngiltərədə hakimlərlə mübahisəyə görə klublar xallardan məhrum edilə bilər
2-05-2023, 18:25
7 230

İngiltərədə hakimlərlə mübahisəyə görə klublar xallardan məhrum edilə bilər

İngiltərədə futbol hakimləri öz ünvanlarına davamlı tənqidlərdən yorulublar. İndi futbol rəhbərliyi hakimlərin bu və ya digər qərarını şübhə altına alan klublara daha sərt cəza tələb edir.
Xarici media bildirir ki, İngiltərədəki hakimlər ittifaqının rəhbəri Martin Kessidi qaydanı pozanların turnir cədvəlində xalların silinərək cəzalandırılmasını tələb edir. Yalnız belə sərt tədbirlər, onun fikrincə, bütün fikir ayrılıqları olanları susduracaq.
Kessidinin belə qəzəbli reaksiyasına "Liverpul"un baş məşqçisi Yurgen Kloppun "Tottenhem"lə oyunda etdiyi hərəkət səbəb olub.
Qeyd edək ki, "Liverpul" həmin görüşdə "Tottenhem"ə 4:3 hesabı ilə qalib gəlib. Eyni zamanda, Kloppun yetirmələri artıq hakimin əlavə etdiyi 4-cü dəqiqədə qələbə qolunu vura biliblər.
Dioqo Jotanın bu qolunu baş məşqçinin özü çox şiddətlə qeyd edib. O, ehtiyat hakimin yanına qaçıb və ona nəsə qışqırmağa başlayıb və buna görə sarı vərəqə alıb.

Oxşar xəbərlər