"Sabah"ın "Beşiktaş"la oyununun vaxtı bilindi
2-05-2023, 18:55
7 295

"Sabah"ın "Beşiktaş"la oyununun vaxtı bilindi

“Sabah” Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək xeyriyyə oyunu ilə bağlı açıqlama yayıb.
Paytaxt təmsilçisi bununla bağlı rəsmi Feysbuk səhifəsində paylaşım edib:
“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.
"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a açıqlamasında bildirib ki, görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər