Messinin “Barselona”ya nə vaxt dönəcəyi AÇIQLANDI
4-05-2023, 12:41
2 045

Messinin “Barselona”ya nə vaxt dönəcəyi AÇIQLANDI

PSJ-nin hücumçusu Lionel Messi "Barselona"ya qayıtmağa hazırdır. 
Bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi müqavilə üzrə tələblərini yerinə yetirə biləcəklərinə əmindir. 35 yaşlı hücumçunun 2023-cü ilin iyulunda kataloniyalıların oyunçusu olacağı gözlənilir.
Daha əvvəl Messinin PSJ ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməkdən imtina etdiyi bildirilirdi. Bundan əlavə, o, Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün klub tərəfindən sanksiyaya məruz qalıb: argentinalı iki həftə müddətinə komandadan uzaqlaşdırılıb.

Oxşar xəbərlər