“Napoli” 33 il sonra İtaliya çempionu oldu
5-05-2023, 10:38
1 473

“Napoli” 33 il sonra İtaliya çempionu oldu

İtaliya A Seriyasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.
“Napoli” sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.
Luçano Spalettinin komandası buna 33-cü turda səfərdə “Udineze” ilə heç-heçə (1:1) etməklə nail olub. Neapollular 13-cü dəqiqədə Sandi Lovriçin qolu ilə hesabda geri düşsələr də, 52-ci dəqiqədə Viktor Osimhen bərabərliyi təmin edib.
Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Napoli” ən yaxın izləyicisi “Latsio” ilə fərqi 16-ya yüksəldib. Qalan 5 matçda romalıların bu fərqi aradan qaldırması mümkünsüzdür.
“Napoli” tarixində 3-cü dəfə İtaliyanın ən güclüsü olub. Klub sonuncu dəfə 33 il əvvəl - 1989/90 mövsümündə ölkə çempionu olmağı bacarmışdı.

Oxşar xəbərlər