"Napoli"nin çempionluğunu qeyd edən azarkeş öldü
5-05-2023, 12:23
1 687

"Napoli"nin çempionluğunu qeyd edən azarkeş öldü

İtaliya çempionatında "Napoli"nin qələbəsini qeyd edən zaman atışmada bir azarkeş həlak olub. 
Bu barədə “La Repubblica” məlumat yayıb.
Məlumata görə, 26 yaşlı azarkeş yaralanaraq Neapolda xəstəxanasına çatdırılıb və tezliklə orada dünyasını dəyişib. Kişinin ölümündən xəbər tutan yaxınları klinikanın şöbəsinə hücum edərək ona ciddi ziyan vurublar.
Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Fərqli xarakterli xəsarətlərlə daha bir neçə nəfərin kömək üçün həkimlərə müraciət etdiyi qeyd edilir.
Mayın 4-də “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya futbol çempionatının qalibi olub. A Seriyasının 33-cü turu çərçivəsində səfərdə “Udineze” ilə 1:1 hesablı heç-heçə edən qonaq komanda çempionluğu vaxtından əvvəl təmin edib.

Oxşar xəbərlər