“Sabah” - “Beşiktaş”: Biletlərin satışa çıxarılacağı tarix və istanbulluların Bakıya səfər planı
5-05-2023, 19:00
15 251

“Sabah” - “Beşiktaş”: Biletlərin satışa çıxarılacağı tarix və istanbulluların Bakıya səfər planı

Bakıda “Sabah”la xeyriyyə oyunu keçirəcək “Beşiktaş”ın Azərbaycana səfər planı məlum olub.
Paytaxt klubundan Oxu.Az-a verilən məlumata görə, İstanbul təmsilçisi matçdan bir gün öncə - mayın 12-də axşam saatlarında Bakıya gələcək.
Şenol Güneşin komandasının oyunöncəsi məşqi nəzərdə tutulmayıb. “Qara qartal” qarşılaşmadan dərhal sonra geri qayıdacaq.
Matç üçün biletlər isə bu gün axşam saatlarında satışa çıxarılacaq. Ən ucuz bilet 5 manata olacaq.
Mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” - “Beşiktaş” matçı saat 18:00-da start götürəcək.

Oxşar xəbərlər