Premyer Liqa: Bu gün daha bir oyun keçiriləcək - AFİŞA
6-05-2023, 10:31
8 178

Premyer Liqa: Bu gün daha bir oyun keçiriləcək - AFİŞA

Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir.
Bu gün daha bir oyun keçiriləcək. “Zirə” “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.
32 turdan sonra paytaxt klubu 42 xalla 5-ci, bölgə təmsilçisi 23 xalla 9-cudur.
Azərbaycan Premyer Liqası
33-cü tur

6 may (şənbə)
“Şamaxı” - “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu, 16:30
Turun dünən keçirilən “Kəpəz” - “Sabah” oyununda qonaqlar 3:0 hesablı qələbə qazanıblar. “Turan Tovuz” - “Neftçi” və “Sumqayıt” - “Səbail” görüşləri bazar, “Qarabağ” - “Qəbələ” qarşılaşması isə bazar ertəsi keçiriləcək.

Oxşar xəbərlər