Avropada günün maraqlı futbol oyunları - AFİŞA
7-05-2023, 13:22
9 408

Avropada günün maraqlı futbol oyunları - AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.
İngiltərə Premyer Liqasında çempionluğa oynayan “Arsenal” “Nyukasl”ın qonağı olacaq. Matç saat 19:30-da (bütün saatlar Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq. “Mançester Yunayted” bu tur “Vest Hem”in qonağı olacaq.
Fransa Liqa 1-də lider PSJ “Trua”nın qonağı olacaq. Matç saat 22:45-də başlayacaq.
Almaniya Bundesliqasında çempionluq mübarizəsini davam etdirən Dortmund “Borussiya”sı “Volfsburq”u sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 22:45-də səslənəcək.
İtaliya A Seriyasında “Yuventus” “Atalanta”nın qonağı olacaq. Görüş saat 14:30-da başlayacaq. Saat 20:00-da isə çempionluğu ötən tur rəsmiləşdirmiş “Napoli” öz meydanında “Fiorentina” ilə üz-üzə gələcək.
Türkiyə Super Liqasında çempionluğa oynayan “Fənərbağça” “Giresunspor”un qonağı olacaq.
Avropada günün maraqlı futbol oyunları
7 may
İngiltərə Premyer Liqası
19:30. “Nyukasl” - “Arsenal”
22:00. “Vest Hem” - “Mançester Yunayted”
Fransa Liqa 1
22:45. “Trua” - PSJ
Almaniya Bundesliqası
22:45. “Borussiya” (Dortmund) - “Volfsburq”
İtaliya A Seriyası
14:30. “Atalanta” - “Yuventus”
20:00. “Napoli” - “Fiorentina”
Türkiyə Super Liqası
20:00. “Giresunspor” - “Fənərbağça”

Oxşar xəbərlər