“Real”dan tarixi nailiyyət: İspaniyada 100 titul qazanan ilk klub oldu
8-05-2023, 16:58
7 263

“Real”dan tarixi nailiyyət: İspaniyada 100 titul qazanan ilk klub oldu

“Real Madrid” İspaniyada 100 rəsmi titul qazanan ilk klub olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, ölkə kubokunun finalında “Osasuna”ya 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi tarixə düşüb.
20 dəfə Kral Kubokuna sahib çıxan “Real” İspaniyada ümumilikdə 69 titul əldə edib. Bura ölkə kubokundan əlavə, 35 La Liqa çempionluğu, 13 Super Kubok və 1 Liqa Kuboku daxildir. Klub avrokuboklarda 23 dəfə uğur qazanıb. 14 dəfə Çempionlar Liqasını qazanan madridlilər, iki dəfə UEFA Kubokunun (Hazırkı Avropa Liqası - red.), beş dəfə UEFA Super Kubokunun və iki dəfə Latın Kubokunun qalibi olub.
“Real” üç dəfə qitələrarası kuboku qazanıb, beş dəfə də klublararası dünya kubokuna yiyələnib.
Florentino Peres klub prezidenti kimi 32-ci tituluna sahib çıxıb və bu göstəricidə Santyaqo Bernabeuya (hər ikisi 32) çatıb.
Komandanın hücumçusu Kərim Benzema isə “kral klubu”nun sabiq müdafiəçisi Marselonun nailiyyətini təkrarlayıb. Hər iki oyunçu “Real”da 25 titul qazanıb.

Oxşar xəbərlər