Arda Turanın transferinə görə "Barselona"ya AĞIR CƏZA
12-05-2023, 14:00
1 039

Arda Turanın transferinə görə "Barselona"ya AĞIR CƏZA

“Barselona”nın futbolçuların maaşında qanunsuzluqlara görə İspaniyanın vergi orqanları tərəfindən 15,7 milyon avro cərimə olunduğu bildirilir.
“Marca”da yer alan məlumata görə, İspaniya vergi orqanları Aleks Sonq (3,5 milyon avro) və Arda Turanın (1,3 milyon avro) transferlərində yol verdiyi pozuntulara görə “Barselona”ya ağır cəza verib.
Araşdırma 2019-cu ildə başlayıb və 2015-ci ilə qədər gedib çıxır. Vergi müfəttişləri təyyarə və avtomobil xərclərinin futbolçuların maaşlarına aid edilə bilməyəcəyini iddia edir və buna görə də onları qanun pozuntusu kimi qələmə verir.
Qeyd edək ki, “Barselona” artıq maliyyə böhranı yaşayır və Lionel Messini komandaya qaytarmaq üçün müəyyən məhdudiyyətlər qoymağı və yayda oyunçu satışından 150 milyon avro toplamaq niyyətindədir. Bütün bunları nəzərə alsaq, Kataloniya nəhəngi üçün son cəza kifayət qədər pis olub.

Oxşar xəbərlər