“Mançester Siti”nin oyunçuları böyük mükafat alacaqlar
19-05-2023, 14:30
925

“Mançester Siti”nin oyunçuları böyük mükafat alacaqlar

"Mançester Siti" bu mövsüm trebl əldə edə bilər. 
“Mundo Deportivo”nun “Football Insider” verdiyi məlumata görə, oyunçular Çempionlar Liqası, Premyer Liqa və İngiltərə Kubokunu qazandıqları təqdirdə böyük mükafat alacaqlar.
Mənbənin sözlərinə görə, “Mançester Siti”nin bossları komandaya 40 milyon avro ödəyəcək ki, bunun da 20 milyonu Çempionlar Liqasının qalibi olmaq, qalan 20-si isə Premyer Liqa və ölkə kubokunun qalibi olmaq üçün nəzərdə tutulub.
Pep Qvardiolanın komandası Çempionlar Liqasının finalında “İnter”, İngiltərə Kubokunun finalında isə “Mançester Yunayted”lə qarşılaşacaq. Nəhayət, Premyer Liqanın qalibi olmaq üçün “Mançester Siti” ölkə çempionatının 37-ci turunda “Çelsi”ni məğlub etməlidir.
Əlavə edək ki, İngiltərədən trebl əldə etməyi bacaran sonuncu klub “Mançester Yunayted” olub. Bu, 1998/99 mövsümündə baş verib.

Oxşar xəbərlər