Messinin atası Leonun “Barselona”ya qayıdacağına niyə şübhə edir?
19-05-2023, 16:19
6 488

Messinin atası Leonun “Barselona”ya qayıdacağına niyə şübhə edir?

Lionel Messinin atası Xorxe hələ də Leonun bu yay “Barselona”ya qayıdacağına əmin deyil.
Xarici KİV bildirir k, Jerar Romeronun sözlərinə görə, Xorxe “Kamp Nou”ya qayıtmağın Leoya necə təsir edəcəyi ilə bağlı bəzi şübhələri var. Əsas suallardan biri İspaniyanın vergi orqanlarının yüksək səviyyəli idmançılarla necə davranmasıdır.
Neymar bu yaxınlarda “Barselona”da oynadığı vaxtdan bəri ödənilməmiş vergilərə görə İspaniya səlahiyyətliləri ilə uzun sürən məhkəmə çəkişməsində olub.
Xorxe Leonun böyük miqdarda vergi ödəməli olacağından narahatdır. Bundan əlavə, Messinin “Barselona”ya keçmək üçün maaşını azaltmağa hazır olduğunu xatırlamaq lazımdır, ona görə də onun gəliri istənilən halda PSJ-dən aşağı olacaq.

Oxşar xəbərlər