Türkiyə millisinin üzvü İspaniya nəhəngi ilə müqavilə imzalayıb
20-05-2023, 12:00
4 406

Türkiyə millisinin üzvü İspaniya nəhəngi ilə müqavilə imzalayıb

“Lester”in müdafiəçisi Çağlar Söyüncü növbəti həftə “Atletiko”nun oyunçusu kimi təqdim olunacaq.
İtalyan insayder Fabritsio Romanonun yazdığına görə, tərəflər artıq müqaviləni imzalayıblar. Türkiyə millisinin üzvü azad agent kimi Madrid klubuna keçəcək. 26 yaşlı oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Ç.Söyüncü bu mövsüm “Lester”də doqquz oyun keçirib və bir qol vurub.

Oxşar xəbərlər