Ronaldo "Əl-Nəsr"dən getmək istəyir
23-05-2023, 15:09
740

Ronaldo "Əl-Nəsr"dən getmək istəyir

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubundan ayrılmaq istəyir.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Məlumata görə, forvard Səudiyyə Ərəbistanını müasir cəmiyyətdən uzaq hesab edir. Onun Avropa klublarına qayıtmaq istədiyi bildirilir. 
Qeyd olunub ki, 38 yaşlı idmançının kluba uyğunlaşması dil baryeri və ölkədəki həyatın xüsusiyyətlərinə görə çətinləşir.

Oxşar xəbərlər