Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı
24-05-2023, 14:55
957

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başladı

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda yığmamızın heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.
O, 1/8 finalda ukraynalı Tatyana Kravçiki sınağa çəkib. Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.
Bu gün, həmçinin, millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.

Oxşar xəbərlər