PSJ yeni müdafiəçi və hücumçu alır
25-05-2023, 11:54
726

PSJ yeni müdafiəçi və hücumçu alır

“Bavariya”nın müdafiəçisi Lukas Hernandes Fransanın PSJ-yə keçmək üçün klubla yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
Xarici media bildirir ki, PSJ Serxio Ramos və Presnel Kimpembenin mümkün gedişi fonunda yeni mərkəz müdafiəçiləri almaq istəyir. Parislilər artıq “İnter”in futbolçusu Milan Şkrinyarın transferi ilə bağlı razılığa gəliblər. PSJ “Bavariya”nın müdafiəçisi Hernandesi də transfer etmək istəyir.
Hernandes özü də PSJ-yə keçmək istəyir. Çünki Paris klubu artıq ona klubun inkişafı layihəsini təqdim edib. Fransa çempionunun düşərgəsinə mümkün keçidi üçün Hernandez Münhen komandası ilə yeni müqavilə üzrə danışıqları dayandırıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Bundan əlavə, PSJ-nin "Mançester Siti"nin hücumçusu Bernardo Silvanı da transfer etmək istəyir. Məlumata görə, Paris klubu bununla bağlı ingilis klubuna təklif göndərib. 28 yaşlı Silva 53 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2025-ci ilə qədərdir.


Oxşar xəbərlər