İnyesta "Barselona" ya qayıtmaq istəyir
26-05-2023, 12:07
1 049

İnyesta "Barselona" ya qayıtmaq istəyir

İspaniyalı yarımmüdafiəçi Andres İnyesta “Barselona”ya qayıtmaq istədiyini bildirib.
İnyesta, “Dəfələrlə dediyim kimi, həyatımın hansısa məqamında “Barselona”ya qayıtmaq istərdim, amma hələ də bunun çox uzaqda olduğunu düşünürəm”, deyib.
Ötən gün yarımmüdafiəçi beş mövsümdən sonra “Vissel Kobe” klubunu tərk edəcəyini açıqlayıb. 39 yaşlı futbolçu karyerasını bitirmək fikrində olmadığını bildirib.
İnyesta 2002-2018-ci illərdə “Barselona”da çıxış edib. 650-dən çox oyun keçirib, 9 qat İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının, 6 dəfə İspaniya kubokunun qalibi olub. 39 yaşlı futbolçu altı dəfə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) ilinin futbolçusu seçilib.
İspaniya millisinin tərkibində futbolçu dünya çempionu olub və iki dəfə Avropa çempionatının kubokunu qazanıb.
Transfermarkt-a görə, İnyestanın bazar dəyəri 1,2 milyon avrodur.

Oxşar xəbərlər