“Arsenal” müqaviləsini 2028-ci ilə qədər uzatmaq istəyir
26-05-2023, 16:25
6 941

“Arsenal” müqaviləsini 2028-ci ilə qədər uzatmaq istəyir

"Arsenal" baş məşqçi Mikel Artetanın işindən razıdır. 
Xarici media məlumatına görə, londonlular ispaniyalı ilə müqaviləni 2028-ci ilə qədər uzatmaq istəyirlər. Onun maaşının qaldırılacağı gözlənilir. Həmçinin bildirilir ki, “topçular”ın bossları iyulun 19-dan əvvəl müqaviləni bağlamaq istəyirlər. Məhz bu gün ABŞ-da mövsümöncəsi hazırlıq başlayır.
Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edib. Bu mövsüm Premyer Liqada komanda 2-ci yerdədir. Uzun müddət “topçular” titul üçün əsas iddiaçılar hesab olunurdu, lakin mübarizənin sonunda onlar bir neçə uğursuz görüş keçiriblər və kuboku “Mançester Siti”yə uduzublar.

Oxşar xəbərlər