Azərbaycan millisinin heyəti açıqlandı
2-06-2023, 18:12
7 751

Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlanıb.
Baş məşqçi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsinin növbəti matçında güvənəcəyi futbolçuları müəyyənləşdirib. İtaliyalı mütəxəssis milliyə 25 futbolçu dəvət edib.
Yığmamız iyunun 6-dan gündəlik məşqlər keçirəcək. Milli komanda iyunun 13-dən təlim-məşq toplanışına başlayacaq.
Qeyd edək ki, komandamız iyunun 17-də, “Dalğa Arena”da Estoniya yığması ilə qarşılaşacaq.
  • Azərbaycan millisinin heyəti açıqlandı

Oxşar xəbərlər