Ərəblər Messi üçün Parisə gəldilər
5-06-2023, 11:46
596

Ərəblər Messi üçün Parisə gəldilər

Argentinalı hücumçu Lionel Messi Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır.
Bundan əvvəl 35 yaşlı futbolçu PSJ-dən ayrılacağını açıqlamışdı.
Jurnalist Matteo Morettonun sosial şəbəkədəki səhifəsində verdiyi məlumata görə, Səudiyyə Ərəbistanından nümayəndə heyəti Parisə gəlib. Tərəflər müqavilənin imzalanmasını başa çatdırmalıdırlar. Messi "Əl-Hilal"a keçməlidir.
Mediada Lionelin "Barselona" və ya MLS klubu "İnter Mayami" ilə müqavilə bağlaya biləcəyi barədə məlumatlar yayılıb.
Lionel ötən mövsüm 41 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər