"Çelsi"nin əfsanəvi qapıçısı başqa idman növünə başladı
9-06-2023, 10:47
705

"Çelsi"nin əfsanəvi qapıçısı başqa idman növünə başladı

Londonun “Çelsi” və “Arsenal” klublarının, eləcə də Çexiya millisinin sabiq qapıçısı Petr Çex Britaniya çempionatının ikinci divizionunda çıxış edən Oksford xokkey klubu ilə müqavilə imzalayıb.
Petr Çex keçmiş komanda yoldaşları ilə yenidən oynamağı səbirsizliklə gözlədiyini deyib:
“Oksfordun böyük ambisiyaları var. Ümid edirəm ki, kluba kömək edə biləcəyəm”.
Xatırladaq ki, keçmiş futbolçu əvvəllər “Çelmsford” və “Guildford Feniks” xokkey klublarında çıxış edib.
Çex “Çelsi” və “Arsenal”dan başqa, Çexiyanın “Xmel” və “Sparta”, eləcə də Fransanın “Renn” klublarında çıxış edib. O, “Çelsi” ilə birlikdə dörd dəfə Premyer Liqanın, həmçinin Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.
Çexiya millisinin tərkibində qapıçı 2001-2016-cı illərdə çıxış edib və 125 oyun keçirib.

Oxşar xəbərlər