Səudiyyədən gələn böyük təklifdən imtina etdi
13-06-2023, 15:24
906

Səudiyyədən gələn böyük təklifdən imtina etdi

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanından böyük təklif gəlsə də, “Kral klubu”ndan ayrılmaq fikrində deyil.
Xarici media xəbərinə görə, futbolçu Madrid klubunun heyətində oynamağa davam etmək arzusunda olduğuna əmindir. Səbəblərdən biri hazırda klubun stadionunun yenilənmiş versiyası olan “Nuevo Bernabeu”nu görməkdir.
Daha əvvəl mətbuatda yarımmüdafiəçinin 2024-cü il iyulun 1-dək "Real” ilə yeni müqavilə imzaladığı bildirilirdi.
Bu mövsüm Modriç bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər