İdman
16-06-2023, 18:46
7 080
Mən yaxşı insan kimi xatırlanmaq istəyirəm
Argentina millisinin kapitanı Lionel Messi gənc futbolçulara məsləhətlər verib, eyni zamanda insanların yaddaşında təkcə futbolçu kimi deyil, həm də yaxşı insan kimi qalmaq istədiyini bildirib.
“Yolunda nə olursa olsun, həmişə cəhd etməlisən və ümid edirəm ki, bu, məni bu qədər yaxından izləyən, mənim haqqımda narahat olan, məni qoruyan yeni nəslə bir mesaj kimi bir xatirə kimi qalacaq.
Mən ilk növbədə adi bir insan, yaxşı insan kimi xatırlanmaq istəyirəm, nəinki təkcə idmançı kimi”, - xarici media xəbərinə görə, Messi deyib.
35 yaşlı Messi yeddiqat "Qızıl top"un sahibi, dünya çempionu (2022-ci il) və dördqat Çempionlar Liqasının qalibidir. “Barselona” və PSJ-də çıxış edən argentinalı həm komanda, həm də fərdi səviyyədə demək olar ki, bütün kubokları qazanıb.